Menyu

Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarətinin qiyməti açıqlanıb

Əsəd Abbaslı
Azərbaycanlı zəvvarlar üçün builki Həcc ziyarətinin qiyməti açıqlanıb

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Qeyd edilib ki, QMİ 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymətləri müəyyən edib. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 21 yanvar 2025-ci ildən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Qeyd edilir ki, yerlər məhduddur. Ötən illərlə müqayisədə kvotanın az olması gözlənilir.

Teqlər:

"Az\u0259rbaycanl\u0131 z\u0259vvarlar \u00fc\u00e7\u00fcn builki H\u0259cc ziyar\u0259tinin qiym\u0259ti a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər