ABŞ-nin BMT-yə borcu 2,8 milyard dollar təşkil edib.
"Operativ Media" xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“ABŞ-ın BMT-nin əsas büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər əsas büdcəni, sülhməramlı missiyalar və tribunallar üçün nəzərdə tutulan büdcəni nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard dollar təşkil edir”, – o bildirib.
Teqlər:
"AB\u015e-nin BMT-y\u0259 olan borcu a\u00e7\u0131qlan\u0131b"