Menyu

Qazaxıstan Prezidenti Ərdoğana başsağlığı verib

Nərmin Qocamanlı
Qazaxıstan Prezidenti Ərdoğana başsağlığı verib

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Tokayev onlarla insanın ölümünə səbəb olan hotel yanğını ilə bağlı Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, ötən gün Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində yanğın baş verib. Hadisə nəticəsində 76 nəfər həlak olub. Türkiyədə 22 dekabr matəm elan olunub. Hadisə ilə bağlı otelin sahibi də daxil olmaqla 9 nəfər saxlanılıb.

Teqlər:

"Qazax\u0131stan Prezidenti \u018frdo\u011fana ba\u015fsa\u011fl\u0131\u011f\u0131 verib"

Əlaqəli Xəbərlər