Əfqanıstanda Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədilə tədris mərkəzi açılıb
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarların nümayəndəsi tərəfindən təsis edilmiş “Əfşar Ulduzu” Tədris Mərkəzi açılmışdır.
Azərbaycanın Əfqanıstandakı səfirliyindən "Operativ Media"ya verilən məlumata görə, mərkəz əfşarların milli mədəni irsinin qorunub saxlanılması, Azərbaycan dili və tarixinin öyrənilməsi məqsədi ilə yaradılmışdır.
Kabil şəhərinin Əfşar-e-Nənəgçi məntəqəsində yerləşən və qeydiyyatından keçmiş “Əfşar Ulduzu” Tədris Mərkəzində eyni vaxtda 60 nəfər şagirdin təhsil alması üçün şərait yaradılmışdır. Mərkəzin sinif və müəllimlər otaqları lazımı avadanlıq, dərs vəsaitləri, Azərbaycan alimləri tərəfindən nəşr olunmuş tarixi kitablar ilə təchiz edilmişdir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma