22 Yanvar 2025, 23:30
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
79 nəfərin həyatına son qoyan böyük yanğının baş verdiyi “Grand Kartal” hoteli söküləcək
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək şəkil
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək

Türkiyənin Kartalkaya xizək kurortunda 79 nəfərin həyatına son qoyan böyük yanğının baş verdiyi “Grand Kartal” hoteli söküləcək

"Operativ Media" xəbər verir ki, bu barədə “Habertürk” telekanalı iqtidar orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 1978-ci ildə tikilmiş 12 mərtəbəli hotelin sökülməsi barədə qərar Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin mütəxəssisləri tərəfindən aparılmış ekspertizanın nəticələrinə əsasən qəbul edilib.

Nazirliyin ekspertləri binanın əsas konstruksiyalarında ciddi zədələr aşkar edib və onun gələcəkdə istismarının mümkün olmadığı qənaətinə gəliblər.

Xatırladaq ki, hoteldə yanğın yanvarın 21-də gecə baş verib. Yanğın zamanı müəssisədə ümumilikdə 238 qonaq olub. Türkiyədə yanvarın 22-də matəm elan edilib.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil