Taylandda eynicinsli nikahları qanuniləşdirən qanun qüvvəyə minib
Nərmin Qocamanlı
Taylandda eynicinslilərin nikahını qanuniləşdirən qanun qüvvəyə minib.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, qanunvericiliyə dəyişiklik edən müvafiq kral fərmanı 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib.
Bu qanun mülki məcəllənin həm nikah, həm də onun pozulması, habelə ər-arvadın ümumi əmlakına sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələrinə aid bir sıra dəyişiklikləri nəzərdə tutur. Dəyişikliklər nəticəsində qüvvədə olan normativ aktın mətnindəki “kişi” və “qadın” sözlərin' “bir tərəf” və “digər tərəf” kimi düzəliş edilib.
Teqlər:
"Taylandda eynicinsli nikahlar\u0131 qanunil\u0259\u015fdir\u0259n qanun q\u00fcvv\u0259y\u0259 minib"