Menyu

Rusiya mediası AZAL təyyarəsinin pilotlarının danışıqlarını manipulyasiya edib?

Redaksiya
Rusiya mediası AZAL təyyarəsinin pilotlarının danışıqlarını manipulyasiya edib?

"Operativ Media" xəbər verir ki, hələ onda təyyarənin qara qutuları Braziliyada oxunma mərhələsində idi. Bu cür məlumatın yayılması isə cəmiyyətdə çaşqınlıq yaradırdı. Çünki həmin məlumatlarda iddia edilirdi ki, pilotlara Qrozni və Mahaçqalaya enməklə bağlı təklif verilib onlar bunu qəbul etməyiblər və Aktauya yönəlməyə qərar veriblər. 

Bu gün Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev məsələyə aydınlıq gətirib. 

O bildirib ki, yayılmış məlumatlarla qara qutulardakı məlumatın məzmunu fərqlidir. 

Bozumbayev ictimaiyyəti yalnız rəsmi xəbərləri gözləməyə çağırıb. 

Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Teqlər:

"Rusiya medias\u0131 AZAL t\u0259yyar\u0259sinin pilotlar\u0131n\u0131n dan\u0131\u015f\u0131qlar\u0131n\u0131 manipulyasiya edib?"

Əlaqəli Xəbərlər