24 Yanvar 2025, 23:00
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Şahbaz Şərif Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb şəkil
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistanda rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən "Operativ Media"a bildirilib ki, qardaş ölkənin Baş naziri Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq, Pakistan və Azərbaycan arasında yüksələn xətlə inkişaf edən uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrinin getdikcə daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.

Göstərilən qonaqpərvərliyə, ikitərəfli münasibətlərin genişləndirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirən Birgə Komissiyanın həmsədri, nazir V.Mustafayev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cənab Məhəmməd Şahbaz Şərifə və Pakistan xalqına səmimi salamlarını və ən xoş arzularını çatdırıb.

V.Mustafayev Azərbaycanın və Pakistanın dövlət başçılarının məqsədyönlü siyasəti və birgə səyləri nəticəsində ölkələrimiz arasında durmadan inkişaf edən tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin xalqlarımızın rifahı və tərəqqisinə önəmli töhfələr verdiyini qeyd edib.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına onun səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Görüşdə Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib, Azərbaycanın və Pakistanın çox şaxəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində işlərin uğurla aparıldığı vurğulanıb. Etibarlı tərəfdaş və qardaş ölkələrin dövlət mənafelərinin səmərəli təminatı istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Son xəbərlər
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi
Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib