http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Kamran Əliyev Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

30 Yanvar 2023 , 11:38
Kamran Əliyev Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizə fəaliyyəti barədə məlumat verib

Baş prokuror Kamran Əliyev Almaniyanın Mühnen şəhərinin Baş prokuroru Reinhald Röttlenə terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verib.

"Operativ Media"ya verilən məlumata görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Mühnen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzmüşlər. Almaniyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara Mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa, dini radikalizm və terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verilib.

Həmçinin, nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi, Bakı şəhər prokurorluğunun mərkəzi aparatı və Xətai rayon prokurorluğu, habelə 7 saylı ASAN Xidmətin fəaliyyəti ilə tanış olub.

Münhenin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu