Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Ouldla görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Görüşdə Britaniya Şurasının ölkə üzrə direktoru Nərgiz Hacıyeva, Britaniya Şurasının Cənubi Qafqazın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova və DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.