Lənkəranda yaşayış evində kişi meyiti tapılıb.
"Operativ Media" APA-ya istinadən xəbər verir ki, məlumata görə meyit, axşam saatlarında rayonunun Vilvan kəndində yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları yaşayış evinə baxış keçirən zaman, meyitin İsmixan Məhkəmə oğlu Əzimova məxsus olduğu müəyyən edilib.
Qeyd edək ki, ölən şəxs bir neçə ildir ki, tək yaşayıb.
Hazırda ölümün səbəbi araşdırılır.
Faktla bağlı araşdırma davam edir.