http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Balakəndə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdə snayper aşkarlanıb

01 Fevral 2023 , 08:52
Balakəndə narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxsdə snayper aşkarlanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 5 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 3 kiloqrama yaxın heroin və marixuana, eləcə də yivli odlu silah aşkar edilib. Həmin şəxslərdən birinin pul müqabilində İran vətəndaşına narkokuryerlik etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Qullar kənd sakini Vüqar Ağcayev tutulub. Şəxsi axtarış zamanı ondan külli miqdarda - 2 kiloqram 230 qram heroin aşkarlanıb. Araşdırma zamanı Vüqar Ağcayevin “Whatsapp” sosial şəbəkəsində İran vətəndaşı ilə əlaqə yaradaraq ona narkokuryerlik etdiyi məlum olub. Sonuncu dəfə isə saxlanılan şəxs 2000 manat qarşılığında həmin narkotiki Balakəndən paytaxta aparmaq istəyərkən polis əməkdaşları tərəfindən yaxalanıb. 
Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə yaşadığı ünvanda odlu silah-sursat və narkotik vasitə gizlətməkdə şübhəli bilinən Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən, eləcə də evindən 110 qram marixuana, snayper tüfəngi və həmin silaha məxsus patronlar aşkar edilərək götürülüb. 
Polis əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı isə daha 3 nəfər-Mətin Məmmədov, Həmid Göylərov və Murad Bayoqluyev tutulub. Onların hər üçündən marixuana aşkarlanaraq istintaqa təqdim olunub. Araşdırma zamanı Mətin Məmmədovun üzərindən aşkarlanan narkotik vasitəni Həmid Göylərovdan, Həmid Göylərovun isə Murad Bayoqluyevdən aldığı məlum olub. 
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin satışı, saxlanılması və kultivasiyası ilə məşğul olan 25 nəfər saxlanılıb, 16 kiloqrama yaxın müxtəlif növ narkotik dövriyyədən çıxarılıb.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu