http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

ƏƏSMN: Əhaliyə 153 istiqamətdə xidmətlər göstərilir

01 Fevral 2023 , 10:38
ƏƏSMN: Əhaliyə 153 istiqamətdə xidmətlər göstərilir

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə əhaliyə 153 istiqamətdə xidmət göstərilir.

ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, Nazirliyin Kollegiyası tərəfindən siyahısı təsdiq edilmiş həmin xidmətlərə əmək münasibətləri, əlillik və reabilitasiya, məşğulluq, pensiya, sosial müavinət və Prezident təqaüdlərinin təyinatı, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, dövlət icbari şəxsi sığorta, sosial xidmət, övladlığa götürmə sahələrinə aid xidmətlər daxildir.

Son beş ildə icra olunan geniş elektronlaşdırma proqramı nəticəsində qeyd olunan xidmətlərin artıq 140-dan çoxu rəqəmsal platforma üzərindən təqdim edilir və qurum üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb.

2022-ci ildə bu e-xidmətlərə 21 milyona yaxın müraciət qeydə alınıb. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olub.

2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinatlarına başlanıb və ötən 4 ildə 500 min pensiya, müavinət, təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada həyata keçirilib.

2020-ci ildə qurulan yeni e-sistem üzərindən isə son 3 ildə 600 minə yaxın şəxsə e-qaydada fərdi hesab açılıb.

Nazirliyin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir və həmin qurumlar tərəfindən 2022-ci ildə Nazirliyin informasiya bazalarına sorğu sayı 209 milyon olub.

Son 5 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində Nazirliyin 30 e-arayış xidməti də istifadəyə verilib ki. təkcə ötən il bu e-xidmətlər vasitəsilə 533 min e-arayış verilib.

Hazırda Nazirlik üzrə daha bir sıra xidmətlərin elektronlaşdırılması işləri aparılır.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu