Xətai rayonuda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib.
Zərərçəkən yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə qadının dəyəri 300 manat olan mobil telefonunu ələ keçirib. Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sahil Əliyev saxlanılıb. O, izahatında törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanan materiallar Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Sahil Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Teqlər:
"Xətai rayonuda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb "