http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

9-ci Kazan İƏT Gənc Sahibkarlarının Forumuna qeydiyyat başladı

01 Fevral 2023 , 15:54
9-ci Kazan İƏT Gənc Sahibkarlarının Forumuna qeydiyyat başladı

Bu ilin 15-20 may tarixlərində Tatarıstan Respublikasının Kazan şəhərində Tatarıstan hökuməti, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, Tatarıstan Respublikası Gənclər Nazirliyinin və Tatarıstan Respublikası "Selet" Gənclər Fondunun birgə təşkilatçılığı, eləcə də Gənclər Diplomatiyası Akademiyası, Sabah.lab, Kazan IT Parkın və digər qurumların tərəfdaşlığı ilə İƏT Gənc Sahibkarların 9-cu Beynəlxalq Forumunun keçirilməsi planlaşıdırılır.

Ənənəvi olaraq hər il Kazan şəhərində keçirilən “Rusiya və İslam dünyası” sammiti çərçivəsində keçiriləcək bu forumun əsas məqsədi həm İƏT məkanında yeni yaradılan startup layihələrinə dəstək vermək, həm də gənc sahibkarların fəaliyyətini stimullaşdırmaq, o cümlədən, Rusiya Federasiyası-İƏT ölkələri arasında iqtisadiyyat, ticarət və innovasiya sahəsində əməkdaşlığa töhfə verməkdir.

Forum çərçivəsində bu ilin 1 fevral – 20 mart tarixlərində IT startap layihələri üzrə müraciətlərin qəbulu həyata keçiriləcək, 20 mart – 1 aprel tarixlərində isə final mərhələsindən öncə seçilmiş layihə iştirakçıları üçün onlayn formatda beynəlxalq ekspertlərin keçəcəyi müxtəlif mövzular üzrə mühazirələr və təlimlər təşkil olunacaqdır. Təlimləri uğurla başa vuran startap layihələri bu ilin 15-20 may tarixlərində Kazan şəhərində 5 gün ərzində təhsil sessiyaları və startap təqdimatları formatında təşkil olunacaq Forumun final mərhələsində iştirak hüququ əldə edəcəklər.

Tədbirin sözügedən final mərhələsində İƏT ölkələrini təmsil edəcək 35 ən yaxşı startap layihəsinin təqdimatı keçiriləcək və onların investorlar tərəfindən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul ediləcəkdir. Startap layihələrində iştirak etmək istəyən şəxslər və komandalar aşağıdakı link vasitəsilə https://kazanoicstartups.org/2023#rec541270159   qeydiyyatdan keçə bilərlər.

OXŞAR XƏBƏRLƏR
VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək

XƏBƏR LENTİ
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
  • 17:10

    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
    VII çağırış Milli Məclisin deputatları - SİYAHI
  • 17:09

    Mahir Emreli "Nürnberq"də debüt etdi
  • 17:05

    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
    Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB
  • 17:03

    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
    Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
  • 17:00

    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
    Parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək
  • 16:54

    Pezeşkian Nyu-Yorka səfər edəcək
  • 16:36

    Türkiyə Prezidenti ABŞ-yə səfər edib
Menyu