Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs saxlanılıb.
"Operativ Media" xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.
Belə ki, Qabil Əliyevin idarə etdiyi “Mercedes”markalı, 99-GG-372 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda YPX əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Q.Əliyevin narkotik maddə qəbul etməsi müəyyən edilib.
Q.Əliyevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.






