01 Fevral 2023, 17:57
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib şəkil
Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib

Pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərin siyahısı genişləndirilib.

"Operativ Media" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Eyni zamanda, ümumi təhsil müəssisələri tərəfindən yetkinlik yaşına çatmayanların öz inkişaf səviyyələrinə uyğun cinsi istismar və cinsi zorakılıq təhlükələri, habelə özünü müdafiə vasitələri barədə məlumat almaları təmin edilir. Bu zaman onlara cinsi tərbiyəyə dair ümumi məlumat verilir, təhlükəli vəziyyətlərə, xüsusilə yeni informasiya və kommunikasiya texnologiyalarından istifadədən irəli gələn hallara xüsusi diqqət yetirilir. Belə məlumatların təqdim edilməsinə yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri cəlb edilə biləcəklər.

Analoji dəyişikliklər “Ümumi təhsil haqqında” qanuna da edilib.

Son xəbərlər
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
İraqda güclü zəlzələ olub
Qubada qəza olub, 5 nəfər xəsarət alıb
Ulu Öndərin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Bakının bəzi rayon və qəsəbələrində qaz olmayacaq
Ərdoğan Macarıstan Prezidenti ilə görüşüb
Robert Fiço: Qərb gələcəkdə Ukraynanı qurban verə bilər