Ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur - HAVA
Əsəd Abbaslı
Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur, yağıntılar səhər saatlarından kəsilib.
Qurumdan Operativ Media-a verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-da 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.
Teqlər:
"\u00d6lk\u0259 \u0259razisind\u0259 \u015faxtal\u0131 hava \u015f\u0259raiti m\u00fc\u015fahid\u0259 olunur - HAVA"