Menyu

Sabirabadda yol-nəqliyyat hadisəsi olub

Sabirabadda yol-nəqliyyat hadisəsi olub
1 dəq oxu

Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, Sabirabad sakini Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Qaragüney kənd sakini İmanov Tahir Qurban oğlunu vurub.

Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər