Menyu

Qubada həmkəndlisini öldürməyə çalışan şəxs məsuliyyətə cəlb olunub

Nərmin Qocamanlı
Qubada həmkəndlisini öldürməyə çalışan şəxs məsuliyyətə cəlb olunub
1 dəq oxu

Qubada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Quba rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, fevralın 6-sı, saat 22 radələrində 1991-ci il təvəllüdlü Hikmət Ağayevin Quba rayonunun Aşağı Atuc kəndi ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 2002-ci il təvəllüdlü Təbriz Hacıyevin bıçaqla Hikmət Ağayevə xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Əlaqəli Xəbərlər