08 Fevral 2023, 13:22
Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsuluna başsağlığı verib
Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsuluna başsağlığı verib şəkil
Müdafiə nazirinin müavini Türkiyənin Naxçıvandakı Baş konsuluna başsağlığı verib

Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.

"Operativ Media"cxəbər verir ki, o, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Görüşdə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib.

A.Kaya isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli də Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub, A.Kaya ilə görüşərək həlak olanlara başsağlığı veriblər, yaralılara şəfa diləyiblər.

Son xəbərlər
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib