http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İsmayıllıda mağaza işçisinə qarşı soyğunçuluq edən şəxsdən odlu silah götürülüb

09 Fevral 2023 , 08:59
İsmayıllıda mağaza işçisinə qarşı soyğunçuluq edən şəxsdən odlu silah götürülüb

İsmayıllı şəhərindəki mağazalardan birinin kassasından soyğunçuluq yolu ilə 300 manat pulun talanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ruslan Məmmədov tutularaq istintaqa təqdim olunub. 
Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun yaşadığı evdə odlu silah gizlətdiyi də məlum olub. Həmin ünvana baxış keçirilərkən oradan lüləsi və qundağı kəsilmiş (“obrez”) tüfəng aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

OXŞAR XƏBƏRLƏR
143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

XƏBƏR LENTİ
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
Menyu