Ötən gün 60 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Ötən gün 60 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının fevralın 8-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 63,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 36 kiloqrama yaxın heroin, 19,4 kiloqramdan artıq marixuana, 9 qram tiryək, həmçinin 8 kiloqramdan çox metamfetamin və 40 ədəd metadon həbi olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Digər xəbərlər