http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ölkə ərazisində hava şəraiti yağıntılı olub - FAKTİKİ HAVA

09 Fevral 2023 , 10:33
Ölkə ərazisində hava şəraiti yağıntılı olub - FAKTİKİ HAVA

Bu günə olan məlumata görə ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə(Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm, Qusarda 10 sm, Şamaxı, Qubada 9 sm, Şahbuz, Gədəbəydə 8 sm, Daşkəsən, Altıağacda 7 sm, Göygöldə 4 sm, Oğuzda 3 sm, Qobustanda 2 sm, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 sm olub.

Düşən yağıntının miqdarı Astarada 25.0 mm, Şamaxıda 20.0 mm, Qax, Şəkidə 12.0 mm, Lerikdə 11.0 mm, Lənkəranda 10.0 mm, Oğuz, Şahbuzda 8.0 mm, Ləzə, Qəbələdə 7.0 mm, Zaqatalada 6.0 mm, Balakən, Yardımlıda 4.0 mm, Mingəçevir , Xınalıq, Naxçıvanda 2.0 mm, Şərurda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Nefçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb.

Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu fevralın 8-də Bakıda temperatur iqlim norması 1.5° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1°-dək şaxta, Naxçıvanda 10-dək° şaxta, dağlıq rayonlarda 10-15° şaxta, aran rayonlarında 1°şaxtadan 1°-dək isti olub.

OXŞAR XƏBƏRLƏR
143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Sentyabr ayının pensiya ödənişi yekunlaşıb

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib

XƏBƏR LENTİ
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
  • 17:49

    Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
Menyu