http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Binəqədi rayonunda mopedləri oğurlayan dəstə üzvləri tutulub

09 Fevral 2023 , 12:07
Binəqədi rayonunda mopedləri oğurlayan dəstə üzvləri tutulub

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan dəstə üzvləri - əvvəllər məhkum olunmuş Vüsal Nağıyev, Elgün Abbasov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıblar.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, dəstə başçısı Vüsal Nağıyev əvvəlcədən oğurluq məqsədilə qrup yaradaraq metronun “Azadlıq” stansiyasının yaxınlığında yerləşən iaşə obyektlərində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif şəxslərə pul müqabilində satıb.

Əməliyyat tədbirlərinin davamı olaraq oğurluq mopedləri almaqda şübhəli bilinən Rəşad Nəsirov və Salman Abıyev də saxlanılıblar. Həmin şəxslərdən maddi sübut qismində oğurlanan mopedlər aşkar olunaraq götürülüb.

Vüsal Nağıyev və digərlərinin törətdikləri oğurluq hadisələri videomüşahidə kameraları vasitəsi ilə də qeydə alınıb. Qrup üzvlərinin Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir. Həmin şəxslər barəsində 5-ci Polis Bölməsində toplanmış materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.    

 

OXŞAR XƏBƏRLƏR
Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb

Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 16:27

    Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru ilə görüşüb
  • 16:24

    Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
  • 16:17

    Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
  • 16:09

    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
Menyu