Gürcüstanla qatar yolu əlaqəsi nə vaxt bərpa olunur? - YENİ TARİX
Nərmin Qocamanlı 2329 baxış
Gürcüstan və Azərbaycan arasında sərnişin daşımaları üzrə dəmir yolu əlaqəsinin may ayının sonunda bərpa olunacağı gözlənilir.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Kütləvi İnformasiya Vasitələri yayıb.
Məlumata görə, tərəflər ilk sərnişin qatarının hərəkətə başlamasını rəmzi günlərə 26 may (Gürcüstanın Müstəqillik Günü) və 28 may (Azərbaycanın Respublika Günü) təsadüf edəcək şəkildə planlaşdırıblar.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumatı təsdiqləməyib.
Teqlər:
"G\u00fcrc\u00fcstanla qatar yolu \u0259laq\u0259si n\u0259 vaxt b\u0259rpa olunur? - YEN\u0130 TAR\u0130X"