30 Aprel 2025, 23:00
İsrail Azərbaycandan kömək istəyib
İsrail baş verən yanğınlarla bağlı beynəlxalq yardım tələb edib.
İsrail Azərbaycandan kömək istəyib şəkil
İsrail Azərbaycandan kömək istəyib

İsrail Qüdsün qərbində baş verən genişmiqyaslı meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən beynəlxalq yardım istəyib.

Operativ Media xəbər verir ki, bu barədə EFE məlumat yayıb.

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, son saatlarda Azərbaycan, Argentina, Böyük Britaniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Portuqaliya, Şimali Makedoniya, Fransa, Xorvatiya, Çexiya və İsveçdən olan həmkarları ilə əlaqə saxlayaraq havadan yanğınsöndürmə dəstəyi üçün müraciət edib.

Yanğınlar çərşənbə günü səhər saatlarında Qüdsün qərbində başlayıb və güclü küləyin təsiri ilə sürətlə yayılıb.

Nəticədə bir neçə yaşayış məntəqəsindən sakinlərin təxliyə olunmasına qərar verilib, bölgədəki əsas yollar müvəqqəti olaraq bağlanıb.

Hava şəraitinin kəskinləşməsi səbəbilə İsrailin Aşkelon, Beer Şeva, Modiin və digər şəhərlərində keçiriləcək Müstəqillik Günü tədbirləri ləğv olunub.

Yanğınlar nəticəsində tüstüdən zərər çəkmiş 19 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.

Daha əvvəl 12 nəfərin xəsarət aldığı bildirilmişdi.

İsrail hökuməti beynəlxalq dəstəklə yanaşı, fövqəladə xidmətlərin səfərbər olunması ilə vəziyyəti nəzarət altına almağa çalışır.

Yanğınların tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Son xəbərlər
Şüvəlanda işıq olmayacaq
Qadını öldürüb Kürə atan şəxs barəsində cinayət işi başlanıb
Kallas: Aİ Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv edib
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
II Liqa: "Füzuli" Region Liqasına düşdü
Lavrov Ermənistana səfər edib
“Araz-2025” birgə təlimi davam edir - VİDEO
20 May 2025, 19:38
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib