01 May 2025, 11:15
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir
Təlim kursu mayın 2-dək davam edəcək.
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir şəkil
Bakıda NATO-nun mobil təlim qrupunun kursu keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən, ölkəmizdə səfərdə olan Alyansın Hərbi Hava Qüvvələri Komandanlığının (HHQ) mobil təlim qrupu tərəfindən Azərbaycan HHQ-nin hərbi qulluqçularına "Hava əməliyyatlarının planlanması və aparılması" mövzusunda kurs keçirilir.

Operativ Media xəbər verir ki, Keçirilən kursun əsas məqsədi NATO-da hava məkanının idarə olunması, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) proqramı çərçivəsində aviasiya heyətinə özünüqiymətləndirmə (SEL) və NATO qiymətləndirməsi (NEL) fəaliyyətlərinin əsas prinsiplərini izah etmək, dinləyicilərin öz ixtisasları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirməkdir.

Kurs müddətində işçi qruplarla praktiki və nəzəri tapşırıqlar icra ediləcək. Yekunda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinqlər təqdim olunacaq, kursun iştirakçılarına sertifikatlar veriləcək.

Qeyd edək ki, təlim kursu mayın 2-dək davam edəcək.

Son xəbərlər
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır
Azərbaycan və Latviya vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparıb
İlham Əliyev Nobel mükafatı laureatı Əziz Sancarın Əlişir Nəvai Beynəlxalq Mükafatı ilə təltif olunması mərasimində iştirak edib
"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisə çağırıldı
Macarıstanda İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı anlar yaşanıb
21 May 2025, 13:50