03 May 2025, 12:02
Azərbaycan və Keniya arasında ilk siyasi məsləhətləşmə olub
Azərbaycan və Keniay arasında ilk siyasi məsləhətləşmə olub
Azərbaycan və Keniya arasında ilk siyasi məsləhətləşmə olub şəkil
Azərbaycan və Keniya arasında ilk siyasi məsləhətləşmə olub

2025-ci il mayın 2-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Keniya Respublikasına səfər edib.

Operativ Media-ya bu barədə XİN məlumat verib.

Səfər çərçivəsində, Nayrobi şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Keniya Respublikasının Xarici və Diaspora İşləri Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr baş tutub. Nazir müavini Yalçın Rəfiyev və Keniya xarici və diaspora işləri nazirinin müavini Abraham Korir SingOeinin rəhbərliyi ilə keçirilən iclasda ikitərəfli siyasi, iqtisadi-ticarət, humanitar və parlamentlərarası əlaqələrin müsbət dinamikası, habelə beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

 

Tərəflər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində formalaşan münasibətlərin gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıblar.

 

İnformasiya-kommunikasiya və rəqəmsal iqtisadiyyat, mütərəqqi “ASAN Xidmət” modelinin təşviqi, enerji və mədən resursları, kənd təsərrüfatı, turizm, təhsil sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğuna dair həmrəylik ifadə olunub.

 

​Çoxtərəfli formatlarla, xüsusilə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyəti yüksək qiymətləndirilib və genişləndirilməsi imkanları müzakirə edilib.

 

​Siyasi məsləhətləşmələrdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

​Səfər zamanı nazir müavini Yalçın Rəfiyev Keniya Respublikasının Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi tərəfindən qəbul edilib. İlk dəfə keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli istiqamətdə mövcud əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

​Səfər çərçivəsində Keniyanın gənclər çempionu, “Beynəlxalq Gənclər Şəbəkəsi” ictimai birliyinin rəhbəri Şarlin Rutonun təşəbbüsü ilə nazir müavini Yalçın Rəfiyev və keniyalı gənclər arasında görüş təşkil olunub.

Son xəbərlər
İsrail Dohadakı nümayəndə heyətini geri çağırıb
Gəncədə ağır yol qəzası ölümə səbəb olub
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
"Çelsi" Rodriqonu transfer etməyi düşünür
İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
20 May 2025, 23:25
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
"Louvre Plaza" şadlıq sarayında yanğın olub
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq