DİN: Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Fevralın 9-da ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 58 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

Digər xəbərlər