10 Fevral 2023, 11:49
Naxçıvanda məktəb binasının çökməsi nəticəsində 4 nəfərin ölməsi ilə bağlı cinayət işi başlanıb
Naxçıvanda məktəb binasının çökməsi nəticəsində 4 nəfərin ölməsi ilə  bağlı cinayət işi başlanıb şəkil
Naxçıvanda məktəb binasının çökməsi nəticəsində 4 nəfərin ölməsi ilə bağlı cinayət işi başlanıb

Babək rayon Nehrəm kənd 3 saylı tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı 31 mart 2022-ci il tarixdə binanın bir hissəsinin çökməsi nəticəsində dörd nəfər şəxsin ölməsi, bir nəfərin isə xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma materialı Naxçıvan Muxtar Respublikası Prokurorluğunda öyrənilib və həmin qərar fevralın 8-də ləğv edilərək Cinayət Məcəlləsinin 222.4-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Son xəbərlər
FHN Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Tramp Kapitoliya basqınında təqsirli bilinənləri əfv edəcək
Ömər aşırımına qar yağıb
Putin Orbanın atəşkəs təklifinə münasibət bildirib
Müharibə zonalarında həlak olan jurnalistlərin sayı açıqlanıb
Fəxrəddin Altun: Türkiyə bundan sonra da Suriya xalqını dəstəkləyəcək
Qubada partlayışda xəsarət alan şəxs ölüb
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib