http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Polis Balaxanı, Sabunçu və Ramanada əməliyyatlar keçirib, 7 nəfər saxlanılıb

10 Fevral 2023 , 12:20
Polis  Balaxanı, Sabunçu və Ramanada əməliyyatlar keçirib, 7 nəfər saxlanılıb

Sabunçuda keçirilən sonuncu əməliyyatlar zamanı narkotiklərin satışı, üzərində qanunsuz olaraq odlu silah gəzdirən və mənzillərdən silsilə oğurluqlar edən 7 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində  narkotik vasitələrin satışı ilə məşqul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirilib. Əməliyyatlar zamanı  Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov saxlanılıblar. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən ümumilikdə 5 kiloqrama yaxın heroin aşkar edilib. Aparılan araşdırmalar zamanı bu şəxslərin hər birinin sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan həmin ölkənin vətəndaşları ilə əlbir olduqları müəyyən edilib. Saxlanılanların onlara pul müqabilində edilən narkokuryerlik təklifi ilə razılaşdıqları müəyyən edilib. 

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəx dəs saxlanılıb. Polisə Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə əməliyyat məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar edilib. 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və Telman Əliyev də saxlanılıb. Bu şəxslərin mənzillərdən təmir-tikinti və  məişət əşyaları oğurladıqları müəyyən edilib. 

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu