10 Fevral 2023, 19:15
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb şəkil
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılıb

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2024-cü il yanvarın 1-nə qədər uzadılıb.

"Operativ Media"  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü il yanvarın 1-də bitirdi. Beləliklə, yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılmalıdır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.

Son xəbərlər
"Qış təlimi - 2025" beynəlxalq təlimləri başa çatıb
Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Azərbaycan millisinin (U-21) oyunlarının təqvimi müəyyənləşdi
İpoteka kreditlərinə müraciətlərin rəsmi sayı açıqlanıb
İstanbulda saxta içkidən ölənlərin sayı 70-ə çatıb
İsrail nümayəndə heyəti girovlarla bağlı danışıqlar üçün Qətərə gedəcək
Ölkə ərazisində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı açıqlanıb
“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb