http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Sabunçuda narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb

11 Fevral 2023 , 14:53
Sabunçuda narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan və qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Nəticədə qanunsuz dövriyyədən 8 kiloqram narkotik vasitə və  1 ədəd “Kalaşnikov” markalı avtomat silah çıxarılıb. 

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olan Həmid Həmidzadə saxlanılıb. Onun üzərindən 2 kiloqrama yaxın heroin aşkar edilib. Həmid Həmidzadənin sosial şəbəkələr vasitəsi ilə tanış olduğu İran vətəndaşının ona pul müqabilində etdiyi narkokuryerlik təklifi ilə razılaşdığı müəyyən edilib. 
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əliyulla Hadıyev saxlanılıb. Onun üzərindən və evindən 4 kiloqramdan artıq marixuana aşkar edilib.  
Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə Cavanşir Mövlanzadə tutulub. Onun üzərindən və yaşadığı evdən isə 2 kiloqrama yaxın heroin, marixuana, “Kalaşnikov” markalı avtomat, 11 ədəd patron və həmin silaha aid patron darağı aşkar edilib. 
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

 

OXŞAR XƏBƏRLƏR
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb

VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib

XƏBƏR LENTİ
  • 13:21

    Sabah hava necə olacaq?
  • 13:19

    VII çağırış Milli Məclisin komitələri formalaşdırılıb
  • 13:17

    Kamran Əliyev gürcüstanlı həmkarını qəbul edib
  • 13:12

    İran Ermənistanda ticarət evi açıb - VİDEO
  • 13:01

    Borrell Aİ xarici işlər nazirlərinin təcili iclasını çağırıb
  • 12:52

    "Beynəlxalq müqavilələr haqqında" və "Diplomatik xidmət haqqında" qanun layihələri hazırlanacaq
  • 12:47

    VII çağırış Milli Məclisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib
  • 12:46

    Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların dövriyyəsinə dəyişiklik edilir
Menyu