Menyu

Kürdəmir rayon sakinindən silah götürülüb

Nərmin Qocamanlı
Kürdəmir rayon sakinindən silah götürülüb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 24 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər