http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb

13 Fevral 2023 , 11:00
Quldurluq və hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 3 nəfər saxlanılıb

Fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib 1350 manatını almaları barədə polisə məlumat daxil olub.  

DİN Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri nəfəri bıçaqla hədələyib mobil telefonunu, 850 manatını, “Instagram” sosial şəbəkəsindəki səhifəsini ələ keçirmələri, cari il yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub. 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb

XƏBƏR LENTİ
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 09:40

    Avropa Komissiyasının rəhbəri Kiyevə səfər edib
  • 09:33

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, tələbələrlə görüşüb
  • 09:29

    Azərbaycan nefti bahalaşıb
  • 09:19

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib
  • 09:18

    AMB-nin bu günə olan valyuta məzənnələri
Menyu