ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlanıb

Nərmin Qocamanlı
ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 42 mina aşkarlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Məlumata görə, fevralın 6-dan fevralın 11-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 42 mina və 118 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 250 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər