Menyu

Zelenski: Qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm

Zelenski: Qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm
1 dəq oxu

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, o bu barədə "X"də paylaşım edib.

"Prezident İlham Əliyevi və qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin ənənələrinizin gücü, ləyaqətiniz, birliyiniz və ölkəni qurmuş, onun müstəqilliyini qorumuş nəsillərə dərin ehtiramınız həqiqətən ilhamvericidir. Ukrayna daim sizinlədir. Azərbaycana sülh, davamlı inkişaf və rifah arzulayıram", - deyə paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər