Menyu

Azərbaycanda turistlərin ən çox ziyarət etdiyi məkanlara giriş nə qədərdir? - MƏBLƏĞLƏR

Nərmin Qocamanlı
Azərbaycanda turistlərin ən çox ziyarət etdiyi məkanlara giriş nə qədərdir? - MƏBLƏĞLƏR

Ölkənin aparıcı onlayn bilet satış platformalarından biri olan iTicket.AZ vasitəsilə həm yerli, həm də xarici turistlər tarixi abidələrə, təbiət qoruqlarına və mədəniyyət obyektlərinə onlayn qaydada bilet əldə etmək mümükündür.

Operativ Media xəbər verir ki, hazırda ölkə üzrə bir sıra populyar turizm məkanlarına olan biletlərin qiymətləri aşağıdakı kimdidir:

Məsələn Atəşgah Məbədi və Yanardağ Qoruğuna giriş yalnız 1 AZN-dən başlayır.

Bu iki məkanı əhatə edən biletin qiyməti isə 15 AZN-dir.

Bundan əlavə Qobustan Palçıq Vulkanları Turizm Kompleksinə və Diri Baba türbəsi üçün bilet qiymətləri 3 AZN-dən başlayır.

Turistlərin sevimli məkanlarından biri olan Şəki Xan Sarayı, Şəki Rəsm Qalereyası, Basqal Tarix-Mədəniyyət Qoruğu və “XIX əsr Qarabağ zadəganının evi” sərgisi kimi mədəni obyektlərə giriş qiyməti cəmi 1 AZN-dən başlayır.

Ölkənin işğaldan azad olunmuş ərazisində yerləşən Şuşa şəhərində peşəkar bələdçi xidmətlərindən istifadə etmək istəyənlər üçün qiymət 20 AZN-dən başlayır. Bu xidmət turistlərə şəhərin tarixi, mədəniyyəti və memarlığı ilə daha ətraflı tanış olmaq imkanı yaradır.

Qeyd edək ki, Şuşa şəhərinə səfər etmək üçün "Yolumuz Qarabağa" portalı üzərindən qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün heç bir ödəniş tələb olunmur.

Eyni zamanda Bakı Zooloji Parkına giriş biletləri də iTicket.AZ vasitəsilə satışdadır və qiyməti 2 AZN-dir.

Qeyd edək ki, platforma üzərindən bilet almaqla turistlər həm vaxtlarına qənaət edir, həm də səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı əldə edirlər. Elektron biletlər mobil cihazda təqdim olunmaqla istifadə edilə bilər və əlavə çap tələb etmir.

Əlavə məlumat üçün rəsmi sayt: www.iticket.az/events/tourism

Teqlər:

"Az\u0259rbaycanda turistl\u0259rin \u0259n \u00e7ox ziyar\u0259t etdiyi m\u0259kanlara giri\u015f n\u0259 q\u0259d\u0259rdir? - M\u018fBL\u018f\u011eL\u018fR"

Əlaqəli Xəbərlər