8 Noyabr prospektində yol qəzası baş verib, sıxlıq yaranıb
Xətai rayonu, 8 Noyabr prospektinin Süleyman Əhmədov küçəsi ilə kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəzada iştirak edən nəqliyyat vasitələrinin sürücüləri avtomobilləri yolun kənarına çəkmək əvəzinə, sığorta əməkdaşlarını gözləmələri səbəbindən hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.
Sərbəst hərəkəti təmin etmək məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net