Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu aparılır
2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb. Sənəd qəbuluportal.edu.az üzərindən aparılır.
Bu barədə Operativ Media-ya Elm və Təhsil Nazirliyi məlumat verib.
“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.
Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
Teqlər:
"T\u0259krar ali v\u0259 orta ixtisas t\u0259hsili \u00fczr\u0259 elektron s\u0259n\u0259d q\u0259bulu apar\u0131l\u0131r"