http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

DİN anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə müsabiqə elan edir

13 Fevral 2023 , 15:49
DİN anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə müsabiqə elan edir

Daxili İşlər Nazirliyi anti-narkotik təbliğatının gücləndirilməsi məqsədilə müsabiqə elan edir.

"Operativ Media" xəbər verir ki, Müsabiqələrin mövzuları və keçirilmə qaydaları belədir:

1. Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi;

2. Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir;

3. Narkotik vasitələr və psixotrop maddələr stresi azaltmır, problemləri həll etmir;

4. Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir;

5. Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur.

6. Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur;

7. Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir.

Müsabiqə “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı videoreportaj” və “Ən yaxşı mahnı (klip)” nominasiyaları üzrə keçirilir.

Təqdim olunan film, reportaj və mahnıya qoyulan tələblər:

1. Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər.

2. Təqdim olunan materiallar müəyyən edilmiş mövzuları tam əhatə etməlidir.

3. Daha əvvəllər hazırlanmış və yayılmış materiallar olmamalıdır.

3. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətində yaradılmış Xüsusi Komissiyaya təqdim olunmalıdır.

Materialların qəbul qaydaları:

- Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, çalışdığı televizya və ya saytda yayımlanmalı;

- Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli;

- #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalı;

- Hazırlanan materiallar və paylaşılan səhifələrə keçid linkləri, o cümlədən anket məlumatı və əlaqə nömrəsi [email protected] elektron poçtuna göndərilməli.

Müsabiqəyə təqdim olunmuş materialların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib müəyyən edilir:

I yer - 1000 AZN

II yer - 500 AZN

III yer - 300 AZN

Qeyd edək ki, paylaşılan materiallara baxış sayı qalibin müəyyən edilməsində rol oynayacaq.

Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7

Əlaqə telefonları: (012) 590 98 44, (012) 590 99 07

Elektron ünvan: [email protected]

 

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
  • 19:10

    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
Menyu