Menyu

Təbiətə 136 min manat ziyan vurulması ilə bağlı araşdırma aparılıb

Təbiətə 136 min manat ziyan vurulması ilə bağlı araşdırma aparılıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Operativ Media xəbər verir ki, araşdırmalar zamanı Quba rayonu Zərqava və Utuq kəndlərində, İmişli rayonu Qulubəyli kəndində, Göyçay rayonu Qarayazı kəndində və Laçın rayonu Mollalar kəndində meşə fonduna daxil olmayan 1524 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 136 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi)  maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.

Teqlər:

"T\u0259bi\u0259t\u0259 136 min manat ziyan vurulmas\u0131 il\u0259 ba\u011fl\u0131 ara\u015fd\u0131rma apar\u0131l\u0131b"

Əlaqəli Xəbərlər