Menyu

Dövlət əleyhinə çıxışlara görə təqsirləndirilən şəxslərə cəza istənilib

Əsəd Abbaslı
Dövlət əleyhinə çıxışlara görə təqsirləndirilən şəxslərə cəza istənilib

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Operativ Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı hər iki şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Növbəti proses iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.

Teqlər:

"D\u00f6vl\u0259t \u0259leyhin\u0259 \u00e7\u0131x\u0131\u015flara g\u00f6r\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsl\u0259r\u0259 c\u0259za ist\u0259nilib"

Əlaqəli Xəbərlər