Ötən gün 17 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Mayın 29-da ümumi çəkisi 17,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Operativ Media-ya DİN məlumat verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin, 15,6 kiloqramdan çox marixuana, 475 qram metamfetamin, 300 qramdan artıq həşiş, həmçinin 21 ədəd psixotrop tərkibli həb olub.
Yabanı halda bitmiş 10384 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net