Azərbaycan və Almaniya arasında Yaşıl Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də paylaşım edib.
Görüşdə Azərbaycan və Almaniya arasında Yaşıl Enerji enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə Azərbaycanın Yaşıl Enerji kursu çərçivəsində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr apardıq. Alman şirkətləri ilə dənizdə külək enerjisinin inkişafı, Xəzər dənizindən Avropaya qədər uzanacaq YaşılEnerjiDəhlizi və bu infrastruktur vasitəsilə enerji tədarükü üzrə əməkdaşlıq perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda qeyd olunub.