Menyu

DSX Akademiyasında Ombudsman Aparatı ilə birgə tədbir keçirilib

DSX Akademiyasında Ombudsman Aparatı ilə birgə tədbir keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) və İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı arasında imzalanan birgə tədbirlər planına əsasən DSX Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən Operativ Media-ya verilən məlumata görə, çıxış edənlər insan hüquqlarının qorunmasının xidmətin fəaliyyətində mühüm yer tutduğunu vurğulayıb, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı xarakter daşıdığı, hüquqi biliklərin artırılması, insan hüquqlarının beynəlxalq və milli səviyyədə qorunması ilə bağlı maarifləndirici işlərin aparılmasının sərhədçilərin peşəkar hazırlığında əsas komponentlərdən biri olduğu qeyd edilib.

Daha sonra İnsan Hüquqları üzrə Müvəkkilin nümayəndəsi Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirdiyi tədbirlər, “İnsan Hüquqları Aylığı” kampaniyası çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Hüquq-mühafizə və hərbi strukturlarda insan hüquqları ilə bağlı bilik və bacarıqların gücləndirilməsinin cəmiyyətin hüquqi mədəniyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb, insan hüquqları sahəsində mövcud milli qanunvericilik, beynəlxalq konvensiyalar, BMT-nin və AŞPA-nın müvafiq sənədləri haqqında təqdimatlar edilib, iştirakçılarla interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı insan hüquqlarının təmin olunması istiqamətində DSX-nin fəaliyyəti, sərhədlərin qorunması zamanı insan ləyaqətinə hörmət prinsipi, saxlanılan şəxslərlə davranış qaydaları, qeyri-insani davranışın qarşısının alınması və Ombudsmana müraciət mexanizmləri kimi mövzulara toxunulub.

Teqlər:

"DSX Akademiyas\u0131nda Ombudsman Aparat\u0131 il\u0259 birg\u0259 t\u0259dbir ke\u00e7irilib"

Əlaqəli Xəbərlər