Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.
Operativ Media xəbər verir ki, bununla bağlı parlamentin deputatları spiker Sahibə Qafarovaya müraciət ediblər.
Növbədənkənar sessiyanın çağırılmasının səbəbi yaz sessiyası ərzində müzakirəsi yarımçıq qalan qanun layihələrinin, o cümlədən parlamentin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən toplantısında müzakirə edilərək, plenar iclasa tövsiyə olunan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” sənədin müzakirəsidir.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker Azərbaycan Prezidentinin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağıra bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net