Ağdərədə mülki şəxs minaya düşüb - YENİLƏNİB 2
Tərtər rayonunun Qızıloba kəndi ərazisində 2025-ci il 30 may tarixində mina hadisəsi baş verib.
Operativ Media xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumatda bildirilib ki, Tərtər rayonu, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
20:20
Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
Operativ Media xəbər verir ki, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən götürülüb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib. T.
Hüseynovun sol ayağının pəncəsi və ayağın ağaşı hissəsinin çox saylı qəlpə yaraları alıb. Yaralının Bərdə mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
20:22
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.