Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
DİN-in Mətbuat xidmətindən Operativ Media-ya verilən xəbərə görə, Abşeron və Sabunçu rayonlarında həyata keçirilən tədbirlər zamanı 29 yaşlı bir qadın, əvvəllər məhkum olmuş, 57 yaşlı Ş.Şirinov və 21 yaşlı A.Bədirli saxlanılıblar. Onlardan ümumi çəkisi 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma